...

Azərbaycanın paytaxtında avaraçılıq və dilənçiliklə məşğul olan 35 nəfər saxlanılıb

Siyasət Materials 16 Yanvar 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın paytaxtında avaraçılıq və dilənçiliklə məşğul olan 35 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə günü Trend ə bildiriblər ki, şəhərin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan avara və dilənçilərdən 10-u kişi, 12-si qadın, 13-ü azyaşlı uşaqdır.

Saxlanılanlar İnzibati Həbs Olunanları Saxlama Məntəqəsinə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti