...

Avropa İttifaqının komissarı Azərbaycana gələcək

Siyasət Materials 25 Yanvar 2008 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / müxbir K.Ramazanova / Avropa İttifaqının Xarici Əlaqələr və Avropa Qonşuluğu üzrə Komissarı Benita Ferrero-Valdner (Benita Ferrero-Valdner) fevralın 4 -də Azərbaycana gələcək. Bu barədə cümə günü Bakıdakı Avropa Evinin mətbuat xidmətinin rəhbəri Anar Rəhimov xəbər verib.

Avropa İttifaqının "Üçlüyü" (Almaniya, Fransa və Böyük Britaniya) fevralın 4 - də Bakıya gələcək.

Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi Aİ nümayəndəliyinin tərkibində olacaq. Səfərin məqsədi Aİ - Azərbaycan arasında ikitərəfli əlaqələrin müzakirəsidir.

Avropa İttifaqının Azərbaycanda yeni nümayəndəliyinin açılması bu tarixə nəzərdə tutulub."Üçlüyün" Ermənistana da səfər edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti