...

Azərbaycanın 18 müxalifət partiyasının birliyi parçalana bilər

Siyasət Materials 30 Yanvar 2008 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanın 18 müxalifət partiyasının birliyində fikir ayrılığı yaranıb. Birlikdə təmsil olunan "Bizim Azərbaycan" bloku və "Azərbaycan Yolu" siyasi hərəkatı yeni "Demokratik seçkilər" mərkəzinin yaradılmasına qarşı çıxış edir. Bu barədə çərşənbə günü Trend ə "Bizim Azərbaycan" blokuna daxil olan "Azad Azərbaycan" partiyasının sədri Həsən Həsənov bildirib.

Bu gün Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (AKXCP) baş qərargahında, birlikdə təmsil olunan səkkiz partiyanın - AKXCP, "Azadlıq", Milli Demokrat, Açıq Cəmiyyət, Böyük Azərbaycan, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Tərəqqi və Yaşıllar partiyalarının görüşü keçirilib. Müzakirələr zamanı partiyalar "Demokratik seçkilər" mərkəzinin yaradılmasına dair qərar qəbul ediblər.

Həsənovun sözlərinə görə, müzakirələr zamanı onun təmsil etdiyi "Bizim Azərbaycan" bloku bu qərarın tələsik olduğunu bildirib və mərkəzin yaradılmasına etiraz edib.

"Biz hələ ki, siyasi strukturlara qoşulmağa dair qərar qəbul etməmişik. Fevralın 10-da keçiriləcək blokun məclisinin iclasından sonra biz, 18 partiya birliyinin yeni strukturuna qoşulmaq barədə qərar qəbul edəcəyik" - deyə Həsənov qeyd edib.

Onun sözlərinə görə, 18 partiya birliyində təmsil olunan "Azərbaycan Yolu" siyasi hərəkatı da yeni strukturun yaradılmasına etiraz edir.

Həsənovun sözlərinə görə, Böyük Quruluş Partiyasının mərkəzə qoşulması ilə bağlı danışıqlara başlanılıb və tərəflər ilkin razılıq əldə ediblər.

Xəbər lenti

Xəbər lenti