...

Ankara Aİ-ni Türkiyədən qorxmamağa çağırır – baş nazirin köməkçisi

Siyasət Materials 31 Yanvar 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar/ Trend , müxbir K.Ramazanova/ Rəsmi Ankara hesab edir ki, Avropa İttifaqı Türkiyənin gücündən qorxmamalıdır.

"Türkiyənin Aİ-yə daxil olması təşkilata böyük töhfə verəcək" - cümə axşamı Türkiyə baş nazirinin köməkçisi Əli Sarıkaya Fransa və Almaniya başçılarının dünənki bəyanatlarını şərh edərək Ankaradan telefonla Trend ə bildirib.

Fransa prezidenti Nikolya Sarkozi və Almaniya kansleri Angela Merkel Avropanın gələcəyi haqqında "Öz gələcəyimizi birlikdə quraq" adlı konfransda çıxışları zamanı Türkiyənin Avropa İttifaqına daxil olmasına etiraz ediblər.

"Türkiyə Kiçik Asiyada yerləşdiyi üçün Avropa İttifaqı ilə bir yerdə ola bilməz. Əgər biz Aİ-ni sonsuz şəkildə genişləndirsək, beləliklə, siyasi Avropanı məhv edəcəyik" - Fransa prezidenti qeyd edib.

2004-cü ildən Türkiyənin Aİ-yə daxi olması üzrə danışıqlar başlayıb. Türkiyənin təşkilata daxil olmasının uzadılmasının əsas səbəbləri arasında kürd problemi, Türkiyənin Ermənistanla sərhədləri açmaq haqqında tələbləri yerinə yetirməməsi və 1915-ci ildə Osmanlı imperiyası tərəfindən törədilən "erməni soyqırımını" etiraf etməsi məsələsi var.

Ekspertlər, Fransa və Almaniyanın Türkiyə üzrə mövqelərinin əsas səbəblərindən biri kimi, Türkiyə Avropa İttifaqına daxil olduğu halda, Aİ-nin qeyri-formal liderlər üçlüyünün - Fransa, Almaniya və Böyük Britaniyanın bir qədər sıxışmalı olacaqlarını düşünürlər. Türkiyə öz böyük ərazisi, əhalisi, iqtisadi və geosiyasi əhəmiyyəti ilə artıq Avropanın dördüncü lideri olacaq.

"Aİ öz gələcəyi haqqında düşünməlidir və təşkilata üzv digər ölkələrlə müqayisədə Türkiyə onun inkişafına daha böyük töhfə verə bilər" - Sarıkaya bildirib.

2005-ci ilin statistikasına əsasən, Türkiyənin əhalisi 77 milyon nəfərdir. Ölkədə 25-dən çox milli azlıq yaşayır. Ölkənin əsas əhalisi türklərdir. Ölkədə təxminən 80 min məscid fəaliyyət göstərir. Türkiyə NATO-nun sayına və gücünə görə ikinci ordusuna malikdir. Türkiyənin silah bazarında illik satış həcmi üçdən beş milyard dollaradəkdir.

Xəbər lenti

Xəbər lenti