Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhər Polis İdarəsində kompleks yoxlamalara başlayıb. Bu barədə cümə günü Trend ə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.
Daxili işlər orqanları tərəfindən Azərbaycan üzrə ötən il keçmiş illərdən bağlı qalmış 410, o cümlədən 65 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.
Ötən il ərzində respublikada daxili işlər orqanları tərəfindən 18067 (2006-cı illə müqayisədə 1,1% az) cinayət qeydə alınıb. Məlumata görə, Gəncə polisində yoxlamalar son 10 ildə bağlı qalan qətl hadisələri ilə bağlıdır. Təkcə ötən il Gəncədə odlu və soyuq silahlardan 2 qətl hadisəsi törədilib və üstü hələki açılmayıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Trend ə Gəncə şəhər Polis İdarəsində yoxlamaların nazirliyin illik planına uyğun aparıldığını və yoxlamaların nəticələrinin açıqlanacağını bildirib.
Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]