...

Azərbaycan və Russiya prezidentləri əmindirlər, ölkələr arasında heç bir həll olunmamış problem yoxdur

Siyasət Materials 22 Fevral 2008 01:48 (UTC +04:00)
Azərbaycan və Russiya prezidentləri əmindirlər, ölkələr arasında heç bir həll olunmamış problem yoxdur

Azərbaycan, Bakı. 22 fevral / Trend / Fevralın 21-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olmuşdur. Görüş zamanı ölkə başçıları qeyd etdilər ki ölkələr arasında heç bir həll olunmamış problemli məsələ yoxdur.

"Mən tamamilə razıyam - heç bir problem yoxdur, bütün istiqamətlər üzrə inamlı irəlləyiş var", - prezident Əliyev dedi.

Onun sözlərinə görə "bizim münasibətlərimizdə heç bir problem yoxdur. Biz bütün istiqamətlərdə - istər siyasi, istərsə də iqtisadi baxımdan, humanitar əməkdaşlıq məsələlərində inamla irəliləyirik. Ölkələrimiz çox səmərəli əməkdaşlıq edir və bizim dostluq, mehriban qonşuluq münasibətləri kimi səciyyələndirdiyimiz münasibətlər ümumən möhkəmlənir".

İlham Əliyev rusiyalı iş adamlarının və şirkətlərinin azərbaycan iqtisadiyatına olan marağı yüksək qiymətləndirdi.

"Rusiya şirkətləri ölkəmizdə özlərini rahat hiss edir, yerli şirkətlər kimi, onlar da eynilə bütün hüquqlardan istifadə edirlər. Biz Rusiya şirkətlərinin Azərbaycanda sərmayələrinin artmasını alqışlayırıq. Onu da deməliyəm ki, hazırda bir çox şirkətlər tikinti, infrastruktur obyektləri ilə bağlı müxtəlif layihələrdə podratçı kimi iştirak edirlər".

Vladimir Putin iqtisadi əməkdaşlıq sahəsində xeyli irəliləyiş olduğunu vurğuladı. "Keçən il əmtəə dövriyyəsinin artımı əvvəlki ildəki kimi nəzərəçarpan olmasa da, hər halda, dinamika çox yaxşıdır", - dedi o.

"Biz Rusiya sərmayədarlarının Azərbaycan iqtisadiyyatına getdikcə daha çox vəsait qoymasını məmnunluqla vurğulayırıq. Rusiya şirkətlərinin işləməsi üçün ölkənizin hökumətinin yaratdığı şəraitə görə Sizə təşəkkür edirik".

Xəbər lenti

Xəbər lenti