...

Polşa GUAM ölkələrinin demokratiya və bazar iqtisadiyyatının möhkəmləndirilməsi üzrə səylərini dəstəkləməyə hazırdır

Siyasət Materials 22 Fevral 2008 16:58 (UTC +04:00)
Polşa GUAM ölkələrinin demokratiya və bazar iqtisadiyyatının möhkəmləndirilməsi üzrə səylərini dəstəkləməyə hazırdır

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir S.Ağayeva/ Polşa GUAM ölkələrinin demokratiya və bazar iqtisadiyyatının möhkəmləndirilməsi üzrə səylərinə dəstək göstərməyə hazırdır. Azərbaycanın Polşadakı səfirliyindən cümə günü Trend a verilən məlumata görə, bu barədə fevralın 21-də Polşa paytaxtında keçirilən GUAM-Polşa formatında görüş zamanı rəsmi Varşava bəyan edib.

Polşa tərəfi "Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM" ilə əməkdaşlığı davam etdirmək istəyini ifadə edib.

Səfirlikdən bildiriblər ki, GUAM-a üzv ölkələr - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova, həmçinin, Polşanın xarici işlər naziriləri müavinləri səviyyəsində keçirilən görüşdə tərəflər ticarət, investisiyaların artırılması, energetika, nəqliyyat və turizm sahələrində çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Avropa Birliyinin GUAM məkanında daha geniş rol oynamasının vacibliyini vurğulayıblar. Polşa Azərbaycan, Gürcüstan və Moldova ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində imzalanmış Fəaliyyət Planlarının implementasiyasında yardım göstərməyə hazır olduğunu bildirib.

GUAM ölkələri və Polşa təşkilata üzv-ölkələrin ərazisində münaqişələrin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnamələrinə müvafiq olaraq həllinə sadiq olduqlarını da ifadə ediblər.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının Sammitində postsovet dövlətləri tərəfindən yaradılıb. Özbəkistan 1999-cu ildə bu formata daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub. Sonradan GUAM-Poşa, GUAM-ABŞ, GUAM-Yaponiya kimi formatlar yaradılıb.

Xəbər lenti

Xəbər lenti