...

BMT-nin Bakı ofisinin binası qarşısında etiraz aksiyası keçirilib

Siyasət Materials 25 Fevral 2008 14:22 (UTC +04:00)
BMT-nin Bakı ofisinin binası qarşısında etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 25 fevral / " , müxbir C.Babayeva / Bazar ertəsi BMT-nin Bakı ofisinin binası qarşısında Xocalı hadisəsinin ildönümü ilə əlaqədar Müasir Müsavat müxalifət partiyasının təxminən 40 fəalı icazə verilməmiş etiraz aksiyası keçirməyə cəhd göstərib. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi tərkibi və ağır texnikasının dəstəyilə Xocalı şəhərini işğal ediblər. Erməni silahlı birləşmələri motoatıcı alayın hərbi qüvvəsinin köməyi ilə Xocalı şəhərini dağıdaraq xüsusi qəddarlıqla dinc əhaliyə divan tutub. Bunun nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə öldürülüb. Polis aksiya iştirakçılarına şuarlar səsləndirməyə icazə verməyib. Fəallar Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınmasını tələb ediblər. Onların arasında partiyanın əsasən Ermənistan tərəfindən işğal edilən regionlardakı təşkilat üzvləri olub. Etiraz bəyanatı Müasir Müsavat Partiyasının sədr müavini Fərhad Əliyev tərəfindən oxunub və BMT-nin Bakı ofisinin nümayəndəsinə təqdim olunub.

Partiya fəallarının sözlərinə görə, belə etiraz aksiyalarının keçirilməsi Bakıda digər beynəlxalq təşkilat nümayəndəlikləri qarşısında da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti