...

Cənubi Qafqaz ATƏT və Avropa İttifaqı üçün geosiyasi əhəmiyyətə malikdir – ATƏT-in sədri

Siyasət Materials 27 Fevral 2008 15:41 (UTC +04:00)
Cənubi Qafqaz ATƏT və Avropa İttifaqı üçün geosiyasi əhəmiyyətə malikdir – ATƏT-in sədri

Gürcüstan, Tbilisi, 27 fevral / Trend , müxbir N.Kirtsxalia / Cənubi Qafqaz ATƏT üçün geosiyasi nöqteyi-nəzərdən əhəmiyyət kəsb edir. O, təkcə ATƏT üçün deyil, Avropa İttifaqı üçün də maraqlıdır - deyə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva Tbilisiyə səfəri çərçivəsində bildirib.

"Mənim səfərim Mixail Saakaşvilinin Helsinkiyə olan uğurlu səfərinin davamı olaraq qiymətləndirilə bilər" - deyə o bildirib. Kanerva əlavə edib ki, elə həmin vaxt da tərəflər Avropada təhlükəsizliyin təmin edilməsi üçün Cənubi Qafqaz bölgəsinin əhəmiyyətini müzakirə ediblər. Kanerva bölgənin inkişafını Rusiya ilə əlaqənin bazis elementi hesab edir.

ATƏT-in fəaliyyətdə olan sədri Kanerva Gürcüstanın Rusiya ilə əlaqə yaratmaq cəhdlərini müsbət qiymətləndirir. "Gürcüstan Rusiya ilə əlaqələrin yaxşılaşdırılması öhdəliyini götürüb. Münasibətlərin bərpası üçün lazımi işlər görülür. Bu, müsbət məqamdır. Bu cür davam etmək lazımdır" - deyə Gürcüstanın xarici işlər naziri David Bakradze ilə görüşündən sonra Kanerva bildirib.

Xəbər lenti

Xəbər lenti