...

Vatikanın dövlət katibi Ermənistana səfərinin təxirə salınmasına baxmayaraq, Azərbaycana gələcək

Siyasət Materials 3 Mart 2008 15:33 (UTC +04:00)
Vatikanın dövlət katibi Ermənistana səfərinin təxirə salınmasına baxmayaraq, Azərbaycana gələcək

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir S.Ağayeva / Vatikanın dövlət katibinin Yerevanda baş verən son hadisələrlə əlaqədar Ermənistana səfərinin təxirə salınmasına baxmayaraq, bu, onun Azərbaycana səfərinə mənfi təsir göstərməyəcək. Kardinal Tarçizio Bertone Azərbaycana əvvəllər təyin olunan 6-9 mart tarixində səfər edəcək. Bu barədə Trend a bazar ertəsi Berndən telefonla Azərbaycanın İsveçrə və Vatikandakı səfiri Elçin Əmirbəyov məlumat verib.

Vatikan dövlət katibinin geniş səfər proqramı hazırlanıb. Kardinal Berton Bakıda prezident İlham Əliyev, Baş nazir Artur Rəsizadə, XİN başçısı Elmar Məmmədyarov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, həmçinin dini məzhəblərin rəhbərləri ilə görüşəcək. Bakıya səfər zamanı kardinal məscid, provaslav kilsə və sinaqoqlara gedəcək.

Onun Bakının Nobel prospekti, 10 ünvanında yerləşən katolik kilsəsinin təntənəli açılış mərasimində iştirakı da planlaşdırılır.

Kilsə Roma katolik kilsəsinin maliyyə vəsaiti hesabına inşa olunub. Bu gün Azərbaycanın katolik icması təxminən 250 nəfərdən və bu qədər də ölkəmizdə müvəqqəti olaraq yaşayan və işləyən xarici katoliklərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti