...

Çexiya GUAM-a maraq göstərir– səfir

Siyasət Materials 4 Mart 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir S.Ağayeva / Çexiya, Vışeqrad Qrupuna sədrlik edən ölkə kimi, GUAM çərçivəsində əməkdaşlığa böyük maraq göstərir.

"Vışeqrad Qrupu zəngin beynəlxalq təcrübəyə malikdir və GUAM bu Təşkilatla əməkdaşlığın inkişafında maraqlıdır. Azərbaycan və Çexiyanın, bu təşkilatlara sədrlik edən ölkələr kimi, əməkdaşlıq üçün yaxşı imkanları var" - deyə çərşənbə axşamı Trend telefonla Praqadan Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə bildirib.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının Sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. Özbəkistan 1999-cu ildə bu formata daxil olsa da, dörd il sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Vışeqrad Qrupu 1991-ci ilin fevral ayında Təşkilata daxil olan üç dövlətin - Macarıstan, Polşa və Çexoslovakiyanın Avropa və Avratlantik qrumlara inteqrasiyasına qarşılıqlı yardım məqsədilə yaradılıb. Çexoslovakiyanın dağılmasından sonra Vışeqrad üçlüyü dördlüyə çevrilib.

İyun ayınadək bu təşkilatlara sədrdlik edəcək hər iki ölkənin XİN rəhbərləri də Madriddə ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində keçirilən görüş zamanı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Səfir bildirib ki, əməkdaşlıq çərçivəsində bir sıra birgə tədbirlərin keçirilməsi planlaşdırılır. Xüsusilə Bakıda Vışeqrad Qrupunun təqdimatı olacaq, Çexiya nümayəndələri ilə birgə GUAM ölkələrinin Milli Koordinatorları səviyyəsində görüş də keçiriləcək.

Tağıyevin sözlərinə görə, Milli Koordinatorlar səviyyəsində GUAM-Çexiya formatında görüşün ilin ortalarında - Azərbaycan və Çexiyanın GUAM və Vışeqrad Qrupunda sədrliyinin yekunlaşmasınadək qədər keçirilməsi planlaşdılır.

"Digər tərəfdən, Çexiya Litva prezidentinin təşəbbüsü ilə yaradılacaq "Avropa İttifaqında GUAM-ın Dostlar Qrupu" çərçivəsində əməkdaşlığa da böyük maraq göstərir.

Xəbər lenti

Xəbər lenti