...

Pakistanın Azərbaycana yeni səfiri təyin olunub

Siyasət Materials 7 Mart 2008 16:35 (UTC +04:00)
Pakistanın Azərbaycana yeni səfiri təyin olunub

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir K.Ramazanova/ Pakistan hökuməti Abdul Həmidi Azərbaycana yeni səfir təyin edib. Bu barədə cümə günü elektron poçt ilə Pakistanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Abdul Həmid 2005-ci ildən Pakistanın Dubayda baş konsulu olub. O, daxili xidmətə 1983-cü ildə qoşulub və Pakistanın xaricdə bir çox diplomatik missiyalarında, o cümlədən Abu-Dabi (1989-1992), Mançester (1995-1998), Doha (1999-2001) və Əmmanda (2001-2003) fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti