...

Prezident Inzibati xətalar məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanununun tətbiq edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 14 Mart 2008 02:05 (UTC +04:00)

Azərbaycan, Bakı 14 mart / Trend / Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Inzibati xətalar məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli qanununun tətbiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətindəqüvvədə olan qanunvericilik aktlarının yeni dəyişikliklər və əlavələr edilməsinə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin. Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin.

Müəyyən edilir ki: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu və 247-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə sığorta, təkrarsığorta və sığorta vasitəçiliyi fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi baxır, həmin Məcəllənin 253-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, yanğından icbari sığortaya münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, icbari ekoloji sığortaya münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, sərnişinlərin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi baxır. Həmin Məcəllənin 253-cü, 253-2-ci, 254-cü, 255-ci, 255-1-ci, 255-2-ci, 255-3-cü, 257-1-ci və 257-5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi baxır.

Xəbər lenti

Xəbər lenti