...

İsrail Knesseti tərəfindən "erməni soyqırımı"nın təqdir edilməsi ehtimalı azdır – ekspertlər

Siyasət Materials 27 Mart 2008 17:01 (UTC +04:00)
İsrail Knesseti tərəfindən "erməni soyqırımı"nın təqdir edilməsi ehtimalı azdır – ekspertlər

İsrail, Qüds, 27 mart/ Trend müxbir R.Abdullayev, E.Hüseynov. İsrail Knesseti tərəfindən "1915-17-ci illərdə Osmanlı imperiyasında törədilən erməni soyqırımın" "tanınması" ehtimalı azdır və ola bilsin ki, bu məsələ yenidən təsdiq edilməyəcək. Qüdsdə belə hesab edirlər.

Dünən axşam solradikal MERES partiyasının sədri Xaim Oron İsrail parlamentinin iclasında ötən il olduğu kimi Knesset tərəfindən "erməni soyqrımının" tanınmasının vacibliyi və bu məsələnin təhsil və mədniyyət üzər parlament komissiyasının müzakirəsinə verilməsi haqqında məsələ qaldırıb. Oronun fikrini İsrail-Ermənistan parlamentlərarası qrupunun sədri Zeev Elkin (Kadima partiyası), həmçinin ərəb deputatları və Xadaş partiyasının (kommunistlər) nümayəndələri dəstəkləyiblər. Bu məsələ üzrə yekun razılıq yoxdur və Knesset işləri üzrə Komissiya təşəbbüsün hansı parlament strukturunda müzakirə edilməsini müəyyən etməlidir.

Knessetin deputatı İosif Şaqal ("Bizim evimiz İsrail " partiyası) əmindir ki, İsrail Dövlətinin milli maraqları nöqteyi-nəzərdən məsələ parlament komissiyalarında müzakiərlərdən irəli getməyəcək. "Mən bu məsələni təhlükəsizlik və xarici işlər üzrə komissiyanın müzakirəsinə verməyi təklif etmişəm. Orada məhz xarici işlər və təhlükəsizlik məsələləri üzrə peşəkarlar əyləşib və onlar bu məsələni müzakirə etməyərək bir kənara qoyacaqlar", - İsrail-Azərbaycan dostluğu parlament qrupunun sədri Şaqal cümə axşamı Qüdsdən telefonla Trend -a bildirib.

Şaqalın sözlərinə görə, təhsil və mədəniyyət məsələləri üzrə parlament komissiyası humanitar yönümlü strukturdur və əgər bu məsələ ona verilsə, müzakirələr humanitar-tarixi müstəviyə keçə və uzana bilər. "Biz indi bu məsələnin ümumiyyətlə bu komissiyaya verilməsi üçün əlimizdən gələn hər şeyi etməyə çalışırıq. Lakin əgər alınmasa, məsələnin ciddi ekspertlər, peşəkarların əyləşdiyi xarici işlər və təhlükəsizlik üzrə komissiyaya verilməsi üçün səylər göstərəcəyik", - Şaqal bildirib. "Şəxsən mənim üçün İsrailin artıq 60 ildir ki, yaşadığı geosiyasi vəziyyətdə Knessetin tam tərkibinin nəinki erməni xalqının soyqırımını tanıyacağını, hətta bu məsələni ciddi surətdə müzakirə edəcəyini təsəvvür etmək çətindir" - Şaqal söyləyib.

"Dünyadakı heç bir faciə Holokostla - Avropa Yəhdiliyinin Fəlakəti ilə müqayisə edilə bilməz. Ola bilsin ki, faicə olub, lakin heç kimin bu faciəni 6.000.000 insan itirmiş mənim xalqımın faciəsi ilə müqayisə etməyə haqqı yoxdur", - İsrailin sağ partiyalarının nümayəndəsi, İsrail Knessetinin keçmiş deputatı, Herut partiyasının lideri Mixail Klyaner Trend -a bildirib. "Knessetdə erməni soyqırımının müzakirəsi və tanınması haqqında məsələ qaldıranlar Fəlakətdə sağ qalmış insanların hisslərini və yəhudi xalqının ən ağır faciəsinin qurbanlarının xatirəsini təhqir edirlər", - cümə axşamı Klyaner bildirib.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut hesab edir ki, deputat Oronun təşəbbüsünün perspektivi yoxdur və o İsrailin strateji maraqlarından çıxış etməklə nəzərdən keçiriləcək. "Keçmişdə Osmanlı imperiyası, hazırda isə Türkiyə öz geosiyasi və geostrateji yerləşməsinə görə, müxtəlif fitnələrin meydanı olub. Bu gün bütün tarix boyu olduğu kimi, elə ölkələr var ki, "erməni soyqırımı" adlandırılan mövzuda siyasi və iqtisadi dividenlər əldə etməyə can atırlar. Bəzi ölkələr türklər və Türkiyəni soyqırımda ittiham edən abidələr ucaldır, bəzi ölkələrdə bu məsələni parlamentin gündəliyinə çıxarırlar, bəzi ölkələrin parlamentləri isə bu ittihamları təsdiqləyən qərarlar qəbul ediblər", - Qut bu gün Trend -a bildirib.

"Erməni soyqırımının" müzakirə ediləcəyi İsrail parlamenti və onun komissiyası anlamaldırılar ki, tarixçilərin müzakirə predmeti olan məsələlər siyasətçilərin əlində öz məqsədlərinə çatmaq üçün vasitə olmamalıdır", - israilli politoloq bildirib.

Türkiyənin Təl-Əvivdəki səfirliyində adının çəkilməsini istəməyən mənbə Trend -a bildirib ki, İsrail Knessetində "erməni soyqırımı"-nın mümkün müzakirəsi faktının özü təəssüf doğurur. Yüksəkvəzifəli mənbənin sözlərinə görə, bu Türkiyə və İsrail arasında strateji münasibətlərə zərbədir. "İsrail və Türkiyə arasında ciddi və hərtərəfli strateji əməkşdalığın olması faktdır", - mənbə bildirib.

"Bu əməkdaşlıq ən yüksək siyasi səviyyədə qarşılıqlı münasibətlərin bütün sahələrini əhatə edir. Daimi hərbi-siyasi, mədəni və insani əməkdaşlıq var. Çox istərdik ki, bu münasibətlər "erməni soyqırmından" siyasi oyunlarda istifadə edən bəzi siyasətçilərə görə, zərər çəksinlər", - səfirlikdəki mənbə bildirib. Burada qeyd ediblər ki, Oronun təşəbbüsünün parlamentdə müzakirəsi gələcək həftədə yüksək vəzifəli türk nümayəndə heyətinin Qüdsə səfərinin tarixinin keçirilməsinə səbəb ola bilər.

"İsrail Azərbaycanlıları Konqressi İsrail parlamentinin ən azsaylı partiyasını təmsil edən deputat Oronun tarixi faktlara əsaslanmayan, yanlış təşəbbüsünü kəskin tənqid edir", - Konqressin prezidenti Aleks Şapiro Suliman bu gün Trend ,-a bildirib. "Bu mənada biz deputat İosif Şaqalın həqiqi İsrail-Türkiyə və İsrail-Azərbaycan əməkdaşlıq və tərəfdaşlıq maraqlarını əks etdirən rəyini paylaşır və dəstəkləyirik", - Konqress rəhbəri bildirib.

Şapiro Sulimanın sözlərinə görə, əgər tarixi faktları öyrənsək, aydın olar ki, Birinci dünya müharibəsi dövründə ermənilər deyil, türklər və azərbaycanlılar ermənilər tərəfindən soyqırıma məruz qalıblar. "Erməni quldurları dəfələrlə azərbaycanlılara qarşı soyqırım aktları təşkil ediblər və nəticədə on minlərlə dinc və günahsız insan həlak olub. Azərbaycanlılardan əlavə, Qubada yaşayan yəhudilər də erməni əməllərinin qurbanı olub", - Konqress prezidenti vurğulayıb. Şapiro Sulimanın sözlərinə görə, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan etniki təmizləmələr siyasəti həyata keçirərək 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində soyqırım aktı həyata keçirib və erməni lobbisi bu cinayətləri gizlətməyə çalışır.

Şapiro Suliman bildirib ki, İsrail Azərbaycanlıları Konqressi hətta Knessetin parlament komissiyasının iclasında 1915-ci ildə "erməni soyqırımı" mövzusunun müzakirəsinin İsrailin dünya arenasındakı nüfuzuna ciddi zərər vurması ilə əlaqədar təəssüf hissi keçirir. İsrail Konqressi "erməni soyqırımı"-na münasibətdə sağlam fikirli və ədalətli mövqe tutumaları üçün İsrail prezidenti Şimon Peres, Knesset spikeri Dalii İçik və İsrail hökumətinin rəhbəri Ehud Olmertə müraciət edib", - Şapiro Suliman əlavə edib.

Deputat Zeev Elkin hesab edir ki, İsrail Knesseti Qərb dünyasına məxsus parlament kimi, "erməni soyqırımı tanımalıdır". "Bir çox qərb ölkələri nəinki bu məsələni müzakirə edib, hətta erməni soyqırımını qəbul ediblər", - cümə günü İsrail-erməni dostluğu parlamentlərarası assosiyasiyanın sədri Elkin Trend -a bildirib. Elkinin rəyinə görə, Holokost yaşamış yəhudi xalqı erməni xalqının faciəsinə şərik olmalıdır. Elkin, bu müzakirənin çox ehtimal ki, yayda baş tutacağını və "erməni soyqırımının tanınması" haqqında məsələni dəstəkləyəcək deputatların olduğunu bildirib.

MERES partiyasından Knessetin deputatı Ran Koen türk, erməni və İsrail tərəfinin və İsrail parlamenti üzvlərinin fəal iştirakı ilə "dəyirmi masanın" keçirilməsi təklifini "maraqlı və diqqətə layiq hesab edir. "Mən, fraksiyada "erməni soyqırımı haqqında" məsələnin siyasi oyunların predmeti deyil, tarixçi-tədqiqatçıların müzakirələrinin predmeti olmalı olduğunu hesab edən yeganə şəxsəm. Bu nöqteyi-nəzərdən türk, erməni və israilli mütəxəssislər tərəfindən "erməni soyqırımı" probleminin birgə müzakirəsinin keçirilməsi fikrini dəstəkləyirəm", - Koen bildirib.

2007-ci ilin İsrail Knesseti artıq "erməni soyqırmının tanınması haqqında" məsələnin müzakirə edilməsini rədd edib. Erməni lobbisinin səyləri nəticəsində "erməni soyqırımı" Uruqvay, Rusiya, Fransa, Litva və İtaliya parlamentinin aşağı palatası, ABŞ-ın bir neçə ştatı, Yunanıstan, Kipr, Argentina, Belçika, Uels, İsveçrənin Milli Şurası, Kanada parlamentinin icmalar palatası və Polşa seymi tərəfindən tanınıb.

Xəbər lenti

Xəbər lenti