...

Kiyevdəki Nezalejnosti Maydanında UKP, USP və Vitrenko Blokunun 500-ə yaxın tərəfdarı NATO-ya qarşı etiraz edir

Siyasət Materials 31 Mart 2008 16:33 (UTC +04:00)
Kiyevdəki Nezalejnosti Maydanında UKP, USP və Vitrenko Blokunun 500-ə yaxın tərəfdarı NATO-ya qarşı etiraz edir

Ukrayna, Kiyev, 31 mart / " , müxbir Z.Novosvitski / Kiyevdə Nezalejnosti Maydanında Ukrayna Kommunist Partiyası (UKP), Ukrayna Sosialist Partiyası (USP) və Vitrenko Blokunun 500-ə yaxın tərəfdarı NATO-ya qarşı etiraz aksiyası keçirir. UNİAN-ın verdiyi məlumata görə, onlar aksiyanı təxminən saat 9.00 (Kiyev vaxtı ilə) radələrində başlayıb.

ABŞ prezidenti Corc Buş martın 31-də Ukraynaya dövlət səfərində olacaq. Səfərdə o, öz ukraynalı həmkarı Viktor Yuşşenko ilə Buxarestdə alyansın aprel sammitində Ukraynanın NATO-nun Üzvlük Fəaliyyəti Planına (ÜFP) qoşulması prespektivləri haqqında müzakirələr aparacaq.

Aksiya iştirakçıları Ukraynanın azadlığını simvolizə edən abidə önündə toplaşaraq, əllərində partiyanın bayraqlarını və çox sayda NATO əleyhinə transparantlar tutublar. Transparantlarda əsasən "NATO gestapodan da pisdir", "NATO-ya yox", "NATO - müharibə, ölüm və göz yaşı", "Yankee - go home" kimi sözlər əks olunub. Aksiyaçılar eləcə də, Maydanda öz siyasi qüvvələrinə məxsus rəngdə çadırlar qurublar.

Bundan əlavə, aksiya iştirakçıları İnstitut küçəsi boyunca asılmış ağ transparant üzərində qırmızı latın hərflərilə NATO və ABŞ prezidenti Corc Buşun ünvanına normativlərə uyğun olmayan ifadələr yazıblar. Mitinq iştirakçıları qarşısında liderlərdən heç kim çıxış etmir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti