...

Azərbaycan Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə öz töhfəsini verə bilər – nazir

Siyasət Materials 31 Mart 2008 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafına öz töhfəsini verə bilər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Avropa Komissiyasının Azərbaycandakı rəhbəri Alan Vaddamsla görüşdə bildirib.

Vaddamsın etimadnaməsinin surətini qəbul edən nazir bildirib ki, Azərbaycan qonşuluq siyasəti çərçivəsində Avropa İttifaqı ilə münasibətlərin inkişafı üçün daha böyük səy göstərəcək.

Qarşılıqlı əməkdaşlıq və energetika bazarındakı mövcud rəqabətə toxunan Məmmədyarov Avropa İttifaqına üzv ölkələrin energetika siyasətində vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb.

Vaddams qeyd edib ki,Azərbaycanın geniş inkişaf perspektivləri var və Avropa İttifaqı ilə birlikdə nəqliyyat, rabitə və kommunikasiyalarla bağlı layihələr üzərində işləri davam etdirəcək. Bu barədə Azərbaycan XİN-in mətubat mərkəzindən məlumat veriblər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti