...

Azərbaycan prezidenti Avrasiya Dövlətləri On birinci İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktub göndərib

Siyasət Materials 1 May 2008 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may/ Trend / Prezident İlham Əliyev cümə axşamı Avrasiya Dövlətləri On birinci İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktub göndərib. Məktubda deyilir ki,Türkiyə dövlətinin himayəsi ilə hər il keçirilən Avrasiya İqtisadi Zirvələri xalqlarımız və dövlətlərimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Toplantıda Avropa, Asiya və Afrikanın bir sıra dövlətlərindən yüksək səviyyəli nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı regionda dostluq və əməkdaşlıq münasibətlərinin yaranmasına öz müsbət təsirini göstərir. MəktubdaZirvə Toplantısının regional və beynəlxalq əməkdaşlıq üçün faydalı olacağına inam ifadə olunub.

Xəbər lenti

Xəbər lenti