...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi keçirilib

Siyasət Materials 5 May 2008 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may/ Trend / Mayın 5-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10301720S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın bazaar ertəsi yayılan məlumatında deyilir.

1 investor tərəfindən təqdim olunan sifarişin nominal üzrə məbləği 1 451 800 manat təşkil edib.

Sifariş 95.34% (gəlirlik 11.01%) qiymətdə təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.34% (gəlirlik 11.00%) orta ölçülmüş qiymət - 95.34% (gəlirlik 11.01%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 451 800 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 14 Oktyabr 2008-cb ildir.

Xəbər lenti

Xəbər lenti