Azərbaycan, Bakı, 07 may/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan "Nərgiz" tropik siklonunun nəticələrini aradan qaldırmaq üçün Myanmaya yardım göstərəcək. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.
Myanmada milyonlarla insan "Nərgiz" tropik siklonunun zərbəsi nəticəsində evsiz qalıblar. Son məlumatlara görə, siklon qurbanlarının sayı 22,5 min nəfər təşkil edib, daha 40 min insan itkin düşmüş hesba edilir.
"Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi müxtəlif fəlakətlərin baş verdiyi ölkələrə həmişə dəstək və yardım göstərib. Azərbaycan İndoneziyaya, İrana yardım göstərib. Azərbaycan tropik siklon nəticəsində minlərlə insanın həlak olduğu, 10 minlərlə insanın evsiz qaldığı Myanmada indiki ağır vəziyyəti nəzərə alaraq, indi bu ölkəyə yardım göstərmək imkanlarını nəzərdən keçirir", - İbrahim bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]