...

Azərbaycan və İndoneziya arasında ikitərəfli sazişlər imzalanıb

Siyasət Materials 12 May 2008 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir M.Əliyev/ Azərbaycanın və İndoneziyanın XİN başçıları bazar ertəsi Bakıda diplomatik pasportlara malik olan iki ölkə vətəndaşlarının viza rejimindən azad edilməsi, həmçinin iqtisadi və texniki əməkdaşlığa dair ikitərəfli sazişlər imzalayıblar. Bu barədə bazar ertəsi Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bazar günü İndoneziyanın XİN başçısı Hasan Virayudanın Azərbaycana rəsmi səfəri başlayıb. Səfər çərçivəsində İndoneziya XİN başçısının azərbaycanlı biznesmenlərlə görüşü keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend z

Xəbər lenti

Xəbər lenti