...

Azərbaycan prezidenti YUNESKO-nun regional konfransın iştirakçılarına təbrik məktubu göndərib

Siyasət Materials 14 May 2008 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Bakıda işə başlayan "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda YUNESKO-nun regional konfransın iştirakçılarına təbrik məktubu göndərib. Məktubda deyilir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma torpaqlarından qovulmuş bir milyondan artıq qaçqın və məcburi köçkünün təhsil problemləri isə daim diqqət mərkəzindədir. Ümidvaram ki, onların təhsili ilə bağlı məsələlər də konfransınızın müzakirə obyektinə çevriləcəkdir". Konfransın əhəmiyyətini qeyd edən Azərbaycan proezidenti onun Avropada savadlılıq səviyyəsinin artırılması istiqamətində atılmış ciddi addım olacağına, eləcə də YUNESKO-nun təhsillə əlaqədar strateji sənədlərində bəyan etdiyi məqsədlərə çatmaq istiqamətində yeni mərhələ təşkil edəcəyinə əmin olduğunu bildirib.

.

Xəbər lenti

Xəbər lenti