Azərbaycan, Bakı, 16 may / Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Ukraynanın Prezidentlər Şurası yaradılacaq. Bu barədə sənədin Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya qarşıda duran rəsmi səfəri zamanı imzalanması planlaşdırılır. Bu haqda cümə günü Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Sənəd layihəsi hazırda hazırlanma mərhələsindədir, bu səbəbdən yaradılacaq Şuranın fəaliyyəti barədə hələ məlumat verilmir.
Azərbaycan rəhbərinin Ukraynaya səfəri mayın 22-23-nə nəzərdə tutulub. Prezident İlham Əliyev yaxın günlərdə Kiyevdə keçiriləcək energetika sammitində də iştirak edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend