...

Kipr probleminin həllində beynəlxalq birliyin dəstəyi çox vacibdir – Kipr türklərinin prezidenti

Siyasət Materials 16 May 2008 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir R.Hafizoğlu/ Şimali Kipr Türk Respublikasının prezidenti Mehmet Əli Tələtlə Trend -un müsahibəsi

- Kipri ikiyə bölən səddin sökülməsi adanın yunan hissəsilə danışıqlara necə təsir göstərəcək?

- Siz Loxmaçı (Lokmaci) divarını nəzərdə tutursunuzsa, onu 2005-ci ildə biz sökmüşük. Yunan hissəsi isə, Ledra küçəsindəki səddi sökmək istəmədi və bu məsələ ötən il də aktual idi.Əlbəttə, bölgü indii də davam edir. Nikosiya (Lefkoşa) divarının sökülməsi Kiprin birləşməsi demək deyil. Bu, birləşmənin hər iki tərəf üçün əhəmiyyətinin göstəricisidir. Çünki divarın sökülməsi və bu yaxınlarda ortaq ərazinin müəyyən edilməsinin tərəflərin iqtisadi həyatında müsbət amil olmasının şahidiyik. Hadisələrin rəmzi gedişi gələcəkdə adanın birləşməsini dəstəkləməlidir.

- Kiprin birləşməsindən sonra Şimalı Kipr Türk Respublikasının gələcəyini necə görürsünüz?

- Kiprin birləşməsindən sonra Kipr türkləri beynəlxalq birliyə qovuşacaq. Kiprin türk ictimaiyyəti Avropa İttifaqı ilə birləşmək istəyir. Kipr türkləri təcriddən xilas olacaqlar. Onlar bütün aspektlərdə beynəlxalq birliyin hissəsinə çevriləcəklər. Xalqın siyasi, sosial və xüsusilə iqtisadi həyat səviyyəsi yüksələcək, və birləşmə hər iki tərəfə faydalı olacaq. Adanın birləşməsi region və Aİ-nin Cənub Şərq hissəsi üçün də sərfəli olacaq. Dünyada və regionda stabillik inkişaf edəcək. Yunanıstan və Türkiyə arasında əlaqələr yaxşılaşacaq. Beləliklə, Kipr probleminin həlli üzrə bütün aspektlər müsbət inkişafa gətirib çıxaracaq.

- Adanın birləşməsi Türkiyə - Yunanııstan əməkdaşlığı üçün nə qədər səmərəli olacaq?

- Qeyd etdiyim kimi, adanın birləşməsi kifayət qədər müsbət nəticə verəcək. Türkiyə və Yunanıstan arasında iqtisadi və siyasi əlaqələr yaxşılaşacaq. Kipr probleminin həlli Yunanıstan və Türkiyə arasında dostluğu möhkəmləndirəcək.

- Adanın birləşməsindən sonra beynəlxalq qüvvələrin çıxarılması gözlənilirmi?

- Bu kifayyət qədər uzaq proqnozdur. Məqsədimiz Kipr probleminin həlli yolunu tapmaq, adada və regionda sülhü bərqərar edərək, ölkəni birləşdirməkdir. Qüvvələrin regiondan çıxarılması gələcək inkişafın təminatı ola bilər. Kipr probleminin həlli yollarını tapmadığımız üçün, bu məsələdə proqnoz verə və hadisələri dəyərləndirə bilmərəm. Hesab edirəm ki, məsələnin həlli bütün maraqlı tərəflər üçün müsbət olacaq.

- Kiprin birləşməsindən sonra beynəlxalq ictimaiyyət və təşkilatlardan hansı dəstəyi gözləyirsiniz?

- Məsələnin həllində möhkəm bünövrə yaratmaq üçün beynəlxalq ictimaiyyətin və təşkilatların Kipr probleminin nizama salınmasında dəstəyini almaq olduqca mühümdür. 2004-cü ildə adanın birləşməsində maliyyə dəstəyi məsələsi üzrə donor ölkələrin Brüssel konfransı keçirilib. Insanlar evlərindən köçürüləcəyi tədqirdə, yeni mənzillərə ehtiyac olacağı kimi, sülh sazişinin həyata keçməsinə də maliyyə dəstəyi tələb olunacaq. Mülki problemlərin həlli də maliyyə tələb edəcək. Məhz buna görə, hesab edirəm ki, birləşmə ilə bağlı heç də az əhəmiyyəti olmayan problemlər ortaya çıxacağı tədqirdə, beynəlxalq ictimaiyyət və təşkilatlar problemin nizamlanması prosesində həmrəylik nümayiş etdirməlidir. Problemin həlli üçün həm siyasi, həm maliyyə dəstəyi lazımdır.

Xəbər lenti

Xəbər lenti