Azərbaycan, Bakı, 16 may / Trend , müxbir E.Babayev /
Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri Gürcüstanda mayın 21-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək. Bu barədə cümə günü Trend ə MSK-nın mətbuat xidmətindən məlumat verilib
Səfər qonşu ölkənin MSK-nın dəvəti əsasında həyata keçirilir. Azərbaycan MSK-nın 4 nəfərdən ibarət nümayəndə heyəti Gürcüstanda mayın 20-dən 22-dək olacaqlar.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]