...

Azərbaycanın birinci xanımı YUNESKO-nun Xoşməramlı Səfirlərinin görüşündə iştirak edir

Siyasət Materials 20 May 2008 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir S.Ağayeva/ YUNESKO-nun iyirmidən çox Xoşməramlı Səfiri - təşkilatın ideallarını müdafiə edən görkəmli xadimlər ümumtəhsilin yayılmasına yardımın göstərilməsi yollarını müzakirə etmək üçün çərşənbə axşamı Parisdə toplaşıblar.

YUNESKO-nun baş qərargahından verilən məlumata görə, YUNESKO səfirləri mədəniyyət və dillərin müxtəlifliyinə yardım, Yer planetinin Beynəlxalq ilinin keçirilməsi, su ehtiyatları ilə bağlı problemin həlli və iqlim dəyişklikləri ilə bağlı yaranan təhlükəyə qarşı cavab tədbirlərinin görülməsi məsələlərini müzakirə edəcəklər.

YUNESKO-nun Baş direktoru Koitiro Matsuuranın açıq elan edəcəyi görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Pyer Berje, Patrik Bodri, Marianna Vardinoyanis, Hannover şahzadəsi İvri Qitlis, Migel Anxel Estrella, Jan-Mişel Jarr, Mərakeş şahzadəsi Lalla Meriyem, Jan Malori, Şeyk Modibo Diarra, Kristina Oven-Cons, Ute-Qenrietta Oxoven, Susanna Rinalğdi, Madancit Sinqx, Viqdis Finnboqadottir, İordaniya şahzadəsi Firial, Kim Fuk Fan Txi, Kristina Xakim, Baxiya Xariri və Zurab Tsereteli iştirak edəcək.

Xoşməramlı Səfirlər - istedad və beynəlxalq nüfuzlarını YUNESKO-nun ideallarına xidmətə həsr edən görkəmli xadimlər ictimaiyyətin diqqətini dünyanın müxtəlif ölkələrində təşkilatın fəaliyyət və məqsədlərinə yönəltməkdə iştirak edirlər. Onlar YUNESKO-nun konkret proqramları üzrə işlərə rəhbərlik edən komitə və şuralara bu qismdə daxildirlər; xeyriyyə konsertləri və sərgilərdə iştirak edirlər və buradan toplanan vəsaitlər təşkilatın xeyrinə sərf olunur; yerli radiostansiyaların yaradılması, uşaqların kiçik yaşlarından tərbiyə edilməsi üzrə təlim mərkəzləri və elmi laboratoriyaların yaradılması üzrə layihələrin təşəbbüsçüsü qismində çıxış edirlər. Bundan əlavə, YUNESKO-nun Xoşməramlı Səfirləri təhsil, VİÇ/QİÇS-lə mübarizə, evsiz uşaqların müdafiəsi kimi sahələrdə də həyata keçirilən kampaniyalarda iştirak edirlər.

Azərbaycanın Dövlət Gənclər Simfonik Orkestri və Uşaq Xoru axşam saatlarında "Azərbaycanın xoşməramlı mələkləri" konsert proqramı ilə çıxış edəcək. Gecədə həmçinin Bakının Xoreoqrafiya məktəbinin şagirdləri də iştirak edəcəklər. Konsert proqramı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük himayəsi altında baş tutacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti