...

ATƏT qoşunların təmas xəttində monitorinq keçirməyi planlaşdırır

Siyasət Materials 20 May 2008 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 22-də Azərbaycan Respublikası Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarəti altından çıxıb. 1992-93-cüillərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin may ayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır. Atəşkəs rejiminin mühafizə olunması üçün ATƏT qoşunların təmas xəttində monitorinq aparır.

Məlumata əsasən, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri İmre Palatinus və Antal Herdiç keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Səfir Anjey Kasprşik və onun səhra köməkçiləri Piter Ki və Vladimir Çonuntulov (Bolqarıstan) keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti