...

Altı ölkənin prezidentləri – enerji sammiti iştirakçıları vahid tranzit məkanının yaradılması barədə bildiriblər

Siyasət Materials 23 May 2008 18:59 (UTC +04:00)

Ukrayna, Kiyev, 23 may/ Trend , müxbir Z.Novosvitski/ Altı ölkənin prezidentləri - enerji sammiti iştirakçıları vahid tranzit məkanının yaradılması barədə bildiriblər.

Bu barədə enerji sammitinin yekunları üzrə keçirilən mətbuat konfransında Ukrayna prezidenti Viktor Yuşşenko məlumat verib.

"Sammitin yekunları üzrə Kiyev bəyannaməsini imzalamaq nəzərdə tutulur. Bu aktın məqsədi bu mərhələdə bizim energetika əməkdaşlığımızın əsas prinsiplərini əks etdirmək, "Səkkizlər Qrupu" dövlətləri və Aİ-yə üzv bütün ölkələrlə qarşılıqlı fəaliyyətin əsaslarını müəyyən etməkdir", - Yuşşenko bildirib.

Ukrayna prezidenti əldə edilmiş razılıqları Kiyev sammitinin böyük uğuru kimi qiymətləndirib.

"Şübhəsiz, biz daha çox sayda analoji diskussiyalar aparmalıyıq. Lakin bu gün biz bütün altı prezidentin qəbul etdiyi bəyənnaməni qəbul edirik", - Yuşşenko söyləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti