...

Əfqanıstandakı azərbaycanlı sülməramlıların sayının artırılması haqqında Azərbaycan parlamentinə müraciət göndərilib

Siyasət Materials 29 May 2008 14:25 (UTC +04:00)
Əfqanıstandakı azərbaycanlı sülməramlıların sayının artırılması haqqında Azərbaycan parlamentinə müraciət göndərilib

Azərbaycan, Bakı, 29 may / TrendNe , müx. S.Ağayeva/ Əfqanıstandakı azərbaycanlı sülməramlıların sayının artırılması haqqında Azərbaycan parlamentinə müraciət göndərilib. Azərbaycan Əfqanıstandakı sülhməramlı qüvvələrinin sayını 45 nəfərdən 100 nəfərə qədər artırmağı planlaşdırır. Hazırda Azərbaycanın İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Əfqanıstanda isə 45 nəfər sülhməramlısı xidmət edir.

Azərbaycan sülhməramlı qüvvələri (34 sülhməramlı) həmçinin Kosovoda da xidmət göstəriblər. Mart ayında Azərbaycan parlamenti Kosovo birtərəfli qaydada Serbiyadan ayrıldıqdan və müstəqilliyini elan etdikdən sonra sülhməramlı qüvvələrini bu ərazidən geri çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti