...

Müxalifətçi deputatlar "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna təklif olunan dəyişikliklərə etiraz edirlər

Siyasət Materials 30 May 2008 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30may / Trend , müxbir İ.Əlizadə / Azərbaycan parlamentində müxalifəti təmsil edən deputatların fikrincə, "Sərbəst toplaşmaq azadlığı" haqqında Qanuna edilən əlavə və dəyişiklər vətandaşların sərbəst toplaşmaq hüquqnu daha məhdudlaşdıracaq. "Qanuna edilən əlavə və dəyişikliklər ciddi xarakter daşımır və İcra Hakimiyyəti orqanlarına kütləvi aksiyaları qadağan etmək səlahiyyəti verir", - deyə parlamentin cümə günü keçirilən iclasında Müsavat deputut qrupunun üzvü İntizam Əkbərli bildirib.

Azərbaycan parlamentinin cumə günü keçirilən iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında " Qanuna əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunub. Hazırda qüvvədə olan "Sərbəst toplaşmaq azadlığı haqqında " Qanun 1998 - ci ildə qəbul olunub. 2005-ci ildə qanuna əlavə və dəyişikliklər edilməsi ücçün layihə hazırlanmasına başlanılıb. Azərbaycan hökumətinin hazırladığı layihəyə Avropa Şurasının Venesiya Komissiyası müsbət rəy verib. Təklif olunan əlavə və dəyişikliklər, 92 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, qəbul edilib.

Müxalifəti təmsil edən Böyük quruluş partiyasının sədri Fazil Qəzənfəroqlu bildirib ki, Qanuna bir sıra mütərəqqi dəyişikliklər edilib: "Amma Qanunda, onun demokratikliyini şübhə altına alacaq maddələr var. Ona görə də, aksiya iştirakçılarının aksiyada mütləq iştirak etməsi barədə maddə Qanundan çıxarılmalıdır".

Müsavat deputut qrupunun üzvü İkram İsrafil hesab edir ki, təklif olunan əlavə və dəyişikliklər Qanunun tam işlməsinə təsir etməyəcək. Müsavat deputut qrupunun digər üzvü Nəsib Nəsibli hesab edir ki, vətəndaşların sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması Azərbaycan üçün mənfi nəticələrə gətirib çıxara bilər.

Müxalifətçi deputat Qüdrət Həsənquliev kütləvi aksiyalarda müharibə təbliğatının aparılmasına qoyulan qadağanın qanundan çıxarılmasını təklif edib.

"Təklif olunan əlavə və dəyişikliklər Qanunun təkmilləşdirilməsinə və demokratikləşməsinə xidmət edir", - deyə YAP icra katibi, deputat Əli Əhmədov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti