...

ABŞ Dövlət Departamentinin Azərbaycanda etiqad azadlığının məhdudlaşdırılması ilə bağlı ittihamı əsassızdır - Dövlət Komitəsinin sədri

Siyasət Materials 31 May 2008 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may / Trend , müxbir M.Əliyev/ Azərbaycanın Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ABŞ Dövlət Departamentinin ölkədə etiqad azadlığının məhdudlaşdırılması ilə bağlı ittihamını əsasız adlandırıb.

"Azərbaycanda vətandaşların etiqad azadlığı tam təmin edilir və dini təşkilatlar qeydiyatdan rahat keçə bilir", - deyə Orucov cümə günü Bakıda jurnalistlərə bildirib. 

ABŞ Dövlət Departamenti çərşənbə günü Azərbaycanda insan haqlarının təmin olunması üzrə hesabat dərc edib. Sənəddə 2007-ci ildə Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşdiyi qeyd olunub. Məruzəyə əsasən, dini azlıqlara qarşı zorakılıq hələ də davam edir.

Komitə sədrinin sözlərinə görə, "ölkədə dövlət qeydiyatından belə keçməyən dini təşkilatlar sərbəst fəaliyyət göstərir".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti