...

Bakıda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə olunacaq

Siyasət Materials 2 İyun 2008 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir S.Ağayeva / Bu həftə Bakıda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə olunacaq. Danışıqlar İran xarici işlər nazirinin birinci müavini Əlirza Şeyx Attaranın Azərbaycana səfəri çərçivəsində aparılacaq. Bu haqda İranın Azərbaycandaki səfirliyindən bazar ertəsi məlumat verilib.

Səfər zamanı ikitərəfli əlaqələrin bütün aspektlərini müzakirə etmək planlaşdırılır. Bakıda həmçinin iqtisadi, ictimai-mədəni əməkdaşlıq üzrə Azərbaycan-İran hökumətlərarası komissiyanın iclasına hazırlıq məsələsinə də baxılacaq.

Qonağın Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəyi planlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti