...

Sudandakı münaqişənin arxasında neft iddiaları dayanır – ekspertlər

Siyasət Materials 5 İyun 2008 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir E.Tariverdiyeva, R.Hafizoğlu/ Sudanda hökumət qoşunları və cənub separatçıları arasında yenidən başlayan münaqişənin arxasında milli maraqlar deyil, iri neft yataqlarına malik Abey şəhərinə iddialar dayanır. "Sudandakı toqquşmalar millətlərarası xarakter daşımır. Cənub və Şimal neftlə zəngin Abeyə sahib olmaq hüququ uğrunda mübarizə aparırlar", - Sudan parlamentinin rəsmi nümayəndəsi Zübeyir Osman Əhməd hesab edir.

Mayın ortalarından Sudanın Abey şəhərində hökumət qüvvələri və Sudanın xalq azadlıq ordusu arasında toqquşmalar baş verir. Abeydə siyasi vəziyyət son dərəcə gərgindir. Bu, 2005-ci ildə Şimal və Cənub arasında bağlanan sülh sazişi ilə statusu müəyyən edilməyən neftlə zəngin regiondur.

Əhməd cümə axşamı telefonla Xartumdan Trend -a bildirib ki, Sudandakı bəzi qüvvələr vəziyyəti dinlərarası və millətlərarası münaqişə kimi təqdim etməyə çalışsalar da, bu toqquşmaların heç bir milli zəmini yoxdur. Onun sözlərinə görə, Abey regionu neftlə və digər təbii sərvətlərlə çox zəngindir və buna görə də Cənubdan olan separatçılar şəhəri nəzarətə almaq istəyirlər.

Əhməd hesab edir ki, münaqişənin nizamlanması üçün hökumət qüvvələrinin Cənuba göndərilməsi regionda yaranmış vəziyyəti çətinləşdirib. Hökumət və müxalifət, həmçinin, Şimal və Cənubun tayfaları arasında 2005-ci ildə bağlanmış sülh sazişində Abeyin statusu neytral kimi göstərilib. O zaman 2009-cu ildə keçiriləcək milli seçkilərdən sonra, 2011-ci ildə Cənubun vahidliyi və müstəqilliyi haqqında Referendumun keçirilməsinə dair razılıq əldə edilib. Lakin Əhmədin sözlərinə görə, cənublular barışıq haqqında əldə olunmuş razılığı pozublar. "Çoxları düşünür ki, Sudan hökuməti Referendumun pozulması üçün cənubluları üsyana təhrik edir. Bu həqiqətə uyğun deyil. Belə ki, Sudan iqtisadiyyatının inkişafı üçün ölkə hökumətinin sabitliyə ehtiyacı var", - Əhməd əlavə edib.

Əhmədin sözlərinə görə, BMT-nin yaranmış vəziyyəti nizamlamaq üçün etdiyi cəhdlər uğursuz olub. "BMT-nin ölkədə vəziyyətin sabitləşdirilməsinə dair üsul və şərtləri milli maraqlara ziddir və Sudanın ərazi bütövlüyünə təhlükə yaradır. Abeydəki toqquşma Sudanın daxili işidir və Xartum, hətta ABŞ və Avropa tərəfindən təzyiq göstərildiyi halda belə, güzəştə getməyəcək", - o əlavə edib.

Amerikalı ekspert Devin Şinnin (David Shinn) rəyinə görə, Abey mübahisəsi Sudanın Şimal və Cənubu arasında müharibənin bərpa olunmasına gətirəcək. "Lakin Abeyə görə mübahisələri nizamlamaqda bacarıqsızlıq 2009-cu ildə seçkilərin keçirilməsi və 2011-ci ildə cənubluların Cənubun gələcək ayrılmasına dair referendumun keçirməsinin öz əksini tapdığı Sülh sazişinin uzunmüddətli uğur perspektivini təhlükə altında qoyur", - ABŞ C.Vaşinqton Universitetinin professoru Şinn cümə axşamı Trend -a bildirib.

" Ölkənin şimal hissəsinin hökuməti Cənubun ayrılması və müstəqillik əldə etməsi prosesinin qaçılmaz xarakter alacağı və bunun nəticəsi kimi, Şimalın Sudanın neft hasil edən regionlarının böyük hissəsini itirəcəyi fikrinə gələrsə, o, cənubun separatçı qruplarının dəstəklənməsini bərpa edəcək", - Şinn elektron poçtla bildirib. O bildirib ki, keçmişdə bu artıq baş verib və bu, Şimalın Cənubun ərazisində onun müstəqilliyinə mane olan çox sayda münaqişənin olmasını təkid etməsinə imkan verəcək. Ekspertin sözlərinə görə, Sudan hökuməti Darfurdakı, həmçinin, Şimal və Cənub arasında münaqişənin həll edilməsi üçün artıq BMT ilə əməkdaşlıq edir. BMT-nin sülhməramlı missiyası bir neçə il ərzində Şimalın cənub hissəsində olub. Hazırda Darfurda Afrika İttifaqı və BMT-nin sülhün saxlanılması üzrə birgə əməliyyatları keçirilir. "Lakin Sudan hökuməti bu missiya ilə, xüsusilə də Darfurdakı missiya ilə həvəssiz razılaşıb və Xartumun BMT ilə əməkdaşlığa hazır olmasına sərt məhdudiyyətlər mövcuddur", - Şinn yazır.

Vahidlik və müstəqillik haqqında məsələ üzrə referendum 2011-ci ildə, 2009-cu ildə keçiriləcək milli seçkilərdən sonra baş tutacaq. Lakin, ayrılma prosesi Sudanın neft sərvətinin əsas mənbəyi olan Abeydəki münaqişəyə görə təhlükə altındadır. Cənub və Şimal Abeyə iddia edirlər. Bununla yanaşı, Cənub Şimalın qoşunlarını qanunsuz olaraq onun əraizinə yeritdiyini, Şimal isə, ölkədə sülhü saxlamağa çalışdığını iddia edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti