...

"Amburan" istirahət mərkəzi – Xəzər dənizi sahilində qeyri-adi istirahət (fotosessiya)

Siyasət Materials 9 İyun 2008 14:19 (UTC +04:00)
"Amburan" istirahət mərkəzi – Xəzər dənizi sahilində  qeyri-adi istirahət (fotosessiya)

Azərbaycan, Bakı, 09 iyun / Trend L / Qarşıdan isti yay günləri gəlir və insanları hər zaman düşündürən harada istirahət etmək sualına cavabı - Bakının 50 kilometrliyində yerləşən, Bilgəh qəsəbəsinin arxasında, Amburan burnu yaxınlığında qonaqları qarşılamağa hazır olan "Amburan" istirahət mərkəzində tapmaq olar.

Trend Life-ın məlumatına görə, qonaqlara əla istirahət və rahatlıq üçün hər bir şərait yaradıldığından burada yay mövsümü hər zaman qonaqlı-qaralı olur. "Amburan" istirahət mərkəzində qonaqlara abad çimərlik zonası, böyüklər və uşaqlar üçün su atraksiyonu olan hovuz, restoran, kafe-karaoke, bar, həmçinin müxtəlif şou-proqramlar təqdim olunur. Ərazidə xilasetmə xidməti və tibbi yardım fəaliyyət göstərir.

"Amburan"da yeni yay mövsümündə həm təmiz çimərlikdə çimmək, həm də yeni hovuzdan yararlanmaq mümkün olacaq. Daha bir yenilik - Antaliyda iş təcrübəsi olan yüksək səviyyəli animator qrupu "Amburan"da dincələnlər üçün əyləncəli oyun və maraqlı müsabiqələrlə dolu istirahət təşkil edir.

Bundan əlavə, iyunun 7-30-da qonaqlar futbol üzrə Avropa çempionatını canlı yayımla açıq havada seyr edə biləcəklər. Bu dövr ərzində hər futbol matçından sonra xüsusi menyu və orijinal hədiyyələr təqdim olunacaq. İyunun 14-də isə "cimən və ruhən cavan olanlar" üçün "Palma" diskotekasının açılışı keçiriləcək. Bu hələ son deyil - hər cümə, şənbə və bazar günləri qonaqları canlı musiqi və populyar Azərbaycan muğənnilərinin ifaları gözləyir.

Xəzər sahilində ən təzə suşini - yeni açılan "Asiya" restoranında dadmaq olar. Necə deyərlər, bir dəfə gəlib görmək və qeyri-adi istirahətdən zövq almaq yaxşıdır...

Fotosessiyaya baxmaq üçün bu linkle keçin: http://photo.trend.az/?newsid=1218148

Xəbər lenti

Xəbər lenti