...

Azərbaycan prezidenti Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 17 İyun 2008 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə dost və qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla və sürətlə inkişaf etdiyi bildirilib.

İkitərəfli münasibətlərimizdə Parlamentlərarası əlaqələrin böyük əhəmiyyət daşıdığı vurğulanıb, hər iki ölkə parlamentlərinin, istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli formatda çox sıx əməkdaşlıq etdiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti