...

ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıda Ermənistan-Azərbaycan münaqişəsini müzakirə ediblər (video)

Siyasət Materials 27 İyun 2008 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir M.Əliyev/ ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıda Ermənistan-Azərbaycan münaqişəsini müzakirə ediblər.

Cümə günü Bakıda ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Metyu Brayza, Bernar Fasye və Yuri Merzlyakov iləAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında danışıqlar aparılıb.

Görüşün sonunda diplomatlar danışıqların yekunu barədə jurnalistlərə şərh verməyiblər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti