...

Azərbaycan prezidenti AŞ PA sədrini qəbul edib

Siyasət Materials 2 İyul 2008 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir E.Babayev / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puçun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Qonaqların zəngin səfər proqramları barədə məlumatlı olduğunu deyən İlham Əliyev bildirib ki, bu səfər Azərbaycanda gedən proseslər barədə daha geniş informasiya əldə etməyə yaxşı imkan yaradacaq. Azərbaycan prezidenti bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının sədri vəzifəsinə seçilən Luis Maria de Puçun ölkəmizə səfərinin əhəmiyyətinə toxunaraq əminliklə qeyd edib ki, səfər əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək. Luis Maria de Puç ölkəmizə səfərinin və İlham Əliyevlə görüşünün əhəmiyyətli olduğunu bildirib. O, İlham Əliyevin Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətini xatırlayıb və onun çıxışlarının həmişə maraqla qarşılandığını qeyd edib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti