...

ABŞ –la Azərbaycan arasında dərin hüquqi əməkdaşlıq mövcuddur – vitse-spiker

Siyasət Materials 3 İyul 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir E.Hüseynli/ Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov ABŞ - la Azərbaycan arasında indiyədək əməkdaşlığa dair 20-dən çox sənəd imzalandığı açıqlayıb.

"Hazırda Azərbaycanla ABŞ arasında dərin hüquqi əməkdaşlıq mövcuddur" - deyə Əsgərov cümə axşamı ABŞ -ın yaranmasının 232 - ci ildönümü münasibəti ilə bu ölkənin Bakıdakı səfirliyində keçirilən mərasimdə bildirib.

"Əminəm ki, ABŞ bundan sonra da beynəlxalq normaları rəhbər tutaraq, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin totunulmazlığı prinsiplərindən çıxış edərək, Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivsində səylərini davam etdirəcək" - deyə Əsgərov bildirib.

Vitse-spikerin sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Əsgərov əlavə edib ki, Azərbaycan prezideni İlham Əliyevin 2006 -cı ilin aprelində ABŞ -a rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni bir mərhələ yaradıb.

Mərasimdə ABŞ -ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, ölkəsi hər zaman insan azadlığı və ölkələrin müstəqilliyi məsələsində Azərbaycanın dostu və müttəfiqi olacaq.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti