...

Əfqan ordusuna beynəlxalq yardımın göstərilməsi tələb olunur - Pentaqon

Siyasət Materials 14 İyul 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend , müxbir G.Əhmədova, D.Xatınoğlu/ Müstəqil şəkildə və koalisiya qüvvələrinin dəstəyi olmadan zəruri əməliyyatlar aparmağa qadir əfqan ordusunun sayının 63 min hərbi qulluqçudan ibarət olmasına baxmayaraq, yaxın illərdə beynəlxalq yardıma ehtiyacı var. ABŞ Müdafiə Nazirliyində belə hesab edirlər.

"Çağırışların miqyası və təhlükəsizlik sahəsində çətinliklərə görə biz gözləyə bilərik ki, Əfqanıstana bir neçə il ərzində nəzərəçarpacaq beynəlxalq dəstəyin göstərilməsi tələb olunacaq", - ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Mark Rayt (Mark Wright) ABŞ-ın Yaxın Şərq və Əfqanıstandakı Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Devid Petreusun sözlərini Trend -un Fars redaksiyası üçün sitat gətirib.

İyunun sonunda ABŞ-ın müdafiə naziri Robert Qeyts 2008-ci ilin ilk beş ayı ərzində Əfqanıstanın şərqində "Taliban" hərəkatı tərəfindən təşkil edilmiş terror aktlarının sayının 40 faiz artması iə bağlı narahatlığını bildirib. O, ölkənin şərqində hərəkata qarşı koalisiya qüvvələrinin əməliyyatlarının artırılmasına zərurətin olduğunu vurğulayıb.

Rayt elektron poçtla Trend -a bildirib ki, əfqan ordusunun hazırki sayı 63 000 əsgərdən ibarətdir və ordunun sayı artmaqda davam edir. "Əfqan ordusu altı döyüş taboruna malikdir: iki kömək, iki taborların təchizat xidməti üzrə tabora, bir briqada qərargahı və koalisiya qüvvələrinin operativ dəstəyi, həmçinin təşkil edilmiş və funksional dəstək olmadan üsyanların yatırılması üzrə əməliyyatların müstəqil surətdə planlaşdırılması, keçirilməsi və dəstəklənilməsinə qadir bir korpus qərargahından ibarətdir", - Rayt bildirib.

Pentaqonun rəsmi nümayəndəsi əmindir ki, Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələri koalisiya qüvvələri ilə birgə hər döyüşdə "Taliban" qüvvələrini məğlubiyyətə uğradacaqlar. "Biz həqiqətdə onlara ("Taliban"a - Red.) seçim təklif edirik: onlar qaça, problemi tənzimləyə, ələ keçirilə və ya həlak ola bilərlər", - o bildirib.

İyunun əvvəlində Kabildə Amerika generalı Devid Makkirnanın Əfqanıstanda Təhlükəsizliyiə Yardım üzrə Beynəlxalq Qüvvələrin (İSAF) komandanlığına başlaması mərasimi baş tutub. Makkirnan bildirib ki, ona tabe olan qüvvələr "tempi azaltmayacaq" və "təhlükəsizliyin qorunmasında, ölkənin yenidən qurulması və inkişafında Əfqanıstan hökumətinə dəstək göstərəcək". Bununla yanaşı, onlar "üsyançılar, əcnəbi yaraqlılar, cinayətkarlar və bu missiyanın həyata keçirilməsi yolunda dayanan hər bir kəslə mübarizə aparacaqlar".

Bilavasitə NATO-ya tabe olan İSAF-ın tərkibinə 39 ölkədən təqribən 50 min hərbi qulluqçu daxildir.

1996-cı ildə Əhməd Şah Məsudu devirən "Taliban" hərəkatı Əfqanıstanda hakimiyyəti öz əlinə alıb. 2001-ci ildə Amerika qoşunlarının ölkəyə müdaxiləsi nəticəsində hərəkat hakimiyyətdən devrilib.

Xəbər lenti

Xəbər lenti