...

Almaniya şirkəti İranın neft sənayesinə sərmayə yatırır

Siyasət Materials 25 İyul 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir T.Cəfərov / Almaniyanın İştayn şirkəti İranda qazın maye qaza çevrilmə qurğularının quraşdırılması üçün 100 milyon avro məbləğində sərmayə yatırır.

Bu barədə İranın "İribnews" saytı məlumat yayıb.

İştayn şirkəti Rusiya, Çin, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrdə də bu kimi avadanlıqları quraşdırıb.

Almaniyanın federal idarəsi müqavilənin şərtlərini və göndəriləcək avadanlıqları araşdırdıqdan sonra, bu şirkətin İranda avadanlıqları quraşdırılmasına başlamağa icazə verib.

Xatırladaq ki, ABŞ Konqresi Nümayəndələr Palatası böyük çoxluqla İrana qarşı sanksiyalar layihəsini qəbul edib.

Sanksiyalar İran energetinkasına sərmayə yatıran şirkətlər üçün nəzərdə tutulub.

Müəllif ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti