...

Ermənistan ictimaiyyəti ölkədəki hazırki vəziyyətə təsir edə bilmək üçün hələ kifayət qədər kamil deyil - politoloqlar

Siyasət Materials 1 Avqust 2008 14:24 (UTC +04:00)
Ermənistan ictimaiyyəti ölkədəki hazırki vəziyyətə təsir edə bilmək üçün hələ kifayət qədər kamil deyil - politoloqlar

Azərbaycan, Bakı, 01 avqust/ Trend , müxbir R.Novruzov/ Azərbaycanın müstəqil politoloqları hesab edirlər ki, Ermənistan ictimaiyyəti ölkədəki indiki vəziyyətə təsir edə bilmək üçün hələ kifayət qədər kamil deyil

"Ermənistan ictimaiyyəti ölkədəki indiki vəziyyətə təsir edə bilmək üçün hələ kifayət qədər kamil deyil", - cümə günü   Trend -a Azərbaycanın müstəqil politoloqu Vəfa Quluzadə deyib. Onun sözlərinə görə, Ermənistan xalqı indiki vəziyyətdə heç nəyi dəyişə bilmir.

Cümə günü Ermənistan müxalifəti, hakimiyyətdən martda Yerevanda baş vermiş iğtişaşlarda bütün həbs olunanların azad edilməsi və dialoqun qurulması üçün əsas zəruri şərt olacaq, yuxarı hakimiyyət dairələrində özlərini nüfuzdan salmış şəxslərin qovulması tələbi ilə ümumrespublika mitinqinin keçirilməsini planlaşdırıb. Bu aksiyanın keçirilməsinə icazənin verilməməsinə baxmayaraq, mitinq "Matenadaran"qədim əlyazmalarının saxlanıldığı yerin yaxınlığında təyin olunub.

Azərbaycan politoloqunun fikrincə, hakimiyyət Ermənistan xalqını istədiyi yolla aparacaq və cəmiyyət bunun qarşısında dayana bilməyəcək.

Ermənistan cəmiyyəti Serj Sarkisyan hökumətinin təcrid siyasətinə dözməməlidir, - müstəqil politoloq Rüstəm Məmmədov hesab edir.

"Ermənistan üçün xarici siyasətə gedən bütün yollar bağlıdır və cəmiyyət beynəlxalq arenada  Ermənistan üçün məhdudiyyət yaradanlara tabe ola bilmir", - politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti