...

Bakı polisi qaçırılan avtomobili tapıb

Siyasət Materials 4 Avqust 2008 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir S.Kazımlı/ Azərbaycanın paytaxtında qaçırılan avtomobil tapılıb. Nəsimi Rayon Polis İdarəsindən (RPİ) avqustun 3-də Nəsimi rayonunun Alı Mustafayev küçəsi, ev 11, mənzil 4 ünvanında yaşayan Mixayliçenko Valeri Valentioviçə məxsus "VAZ- 2101" markalı Az 10 DO 751 nömrə nişanlı avtomobil yaşadığı binanın qarşısından qaçırılmıışdı. Trend -a verilən məlumata görə, RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avtomobil bu gün rayon ərazisində tapılıb. RPİ - dən bildiriblər ki, hələlik avtomobili qaçıran şəxsin kimliyi müəyyənləşdirilməyib. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi RPİ - də Cinayət Məcəlləsinin 185.1 - ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti