...

Rusiya XİN Gürcüstanın imzaladığı atəşkəs aktını "nəzərə almır"

Siyasət Materials 11 Avqust 2008 19:21 (UTC +04:00)

Rusiya, Moskva, 11 avqust/Trend, müxbir R.Ağayev/ Rusiya XİN Gürcüstan tərəfinin imzaladığı atəşkəs sənədini tanımaq və ya tanımamağa zərurət görmür, -RF XİN-in rəsmi nümayəndəsinin müavini Boris Malaxov bazar ertəsi Moskvada mətbuat konfransında bildirib.

"Qoşunların çıxarılması, atəşin dayandırılması - atəşkəs haqqında sənədin tanınması üçün zəruri zəminlər bunlardır", - Malaxov bildirib.

Malaxovun sözlərinə görə, Gürcüstan tərəfi Rusiyanın sənədi tanıması üçün Cənubi Osetiya ərazisini azat etməli və qoşunlarını Cənubi Osetiya sərhədindən müəyyən məsafəyə çəkməlidir. Əks halda, Rusiya sənədə diqqət yetirməyəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected] .

Xəbər lenti

Xəbər lenti