...

Gürcüstan gəncləri Rusiya işğalçılarının ölkədən çıxarılması tələbi ilə aksiya keçirirlər

Siyasət Materials 19 Avqust 2008 15:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 avqust/ Trend müxbir N.Kirtsxaliya/ Gürcüstan gəncliyi Qərbi və Şərqi Gürcüstanda dinc etiraz aksiyaları keçirir. Aksiyalardan biri Qori şəhərinə gedən yolda Rusiya təcavüzkarlarının birinci postunun yerləşdiyi İqoeti kəndi yaxınlığında keçirilir.

Orada 500-dək insan toplaşıb. Onlar Rusiyadan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyi və işğalçıların ölkədən çıxmasını tələb edirlər. "Bizim azad olmaq və işğala məruz qalmamaq hüququmuz var", - aksiya iştirakçıları bəyan edirlər.

Üç minədək insanın iştirak etdiyi analoji aksiya Senaki şəhərinin mərkəzində keçirilir. Rusiyalı hərbçilər burada Gürcüstan HHQ-nin hərbi bazasını məhv ediblər.

Bununla yanaşı, rusiyalı hərbçilər artıq mülki Poti limanına daxil olublar və limana gətirilmiş bütün humanitar yardımı özləri ilə aparırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti