...

Azərbaycan Yaşıllar Partiyasından prezidentliyə namizəd həftə sonu imza vərəqələrini MSK-ya təqdim edəcək

Siyasət Materials 27 Avqust 2008 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir C.Babayeva/ Azərbaycan Yaşıllar Partiyasından prezidentliyə namizəd, partiyanın həmsədri Mais Güləliyev həftə sonu imza vərəqələrini Məkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcək. Bu barədə çərşənbə günü Trend -a partiyadan bildiriblər.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. MSK indiyədək prezident seçkisində iştirak etmək istəyən 18 iddiaçının namizədliyini təsdiq edib. Bunlar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Ümid Partiyasının nümayəndəsi İqbal Ağazadə, Yaşar Əhmədov (işsiz), Əlimuxtar Əkbərov (təqaüdçü), Sevinc Quliyeva (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidov (həkim) Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, Yaşıllar Partiyasının sədri Mais Güləliyev, Qüdrət İsaqov (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi), "Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyev və "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyev, Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu, həmçinin müstəqil namizədlər Fikrət Əhədov, Arif Əliyev və Əli Ağaevlidir.

MSK Yeni Azərbaycan Partiyasının sədri, hazırki prezident İlham Əliyevin namizədliyini rəsmən qeydiyyata alıb.

Yaşıllar Partiyasından verilən məlumata görə, seçici imzalarının toplanması kampaniyası yekunlaşmaq üzrədir. Hzırda 65 dairədən 40 mindən artıq imza toplanıb və indi imza vərəqələrinin ilkin yoxlanılması aparılır. Seçki Qərargahının hazırladığı Təqvim Planına əsasən, avqustun sonunadək 43-44 min imzanın toplanılması gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti