...

Sentyabrın 1-də Gürcüstana dəstək üçün canlı zəncir təşkil ediləcək

Siyasət Materials 29 Avqust 2008 20:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Sentyabrın 1 - də saat 15:00 -da Gürcüstana dəstək üçün canlı zəncir təşkil ediləcək. Hazırlıq işləri artıq başlayıb.

Aksiyanın keçirilmə tarixi Avropa İttifaqının xüsusi iclasının keçirilməsi tarixi ilə üst-üstə düşüb. İclasda Gürcüstan məsələsinə baxılacaq. Aksiyada müxtəlif yaşlı və siyasi baxışlı insanlar iştirak edəcəklər.

Tanınmış ictimai simalar aksiyanın təşkilinə himayəçilik göstərirlər. Gürcüstan patriarxı İkinci İliya ictimaiyyəti bu canlı zəncirdə iştiraka çağırıb.

Gürcülərə dəstək aksiyaları dünyanın bütün paytaxtlarında keçiriləcək.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12 - də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiyanın sülhməramlı qüvvələrini və beynəlxalq müşahidəçiləri saxlamaq qərara alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti