...

Azərbaycan prezidenti özbək həmkarını Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 1 Sentyabr 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Özbəkistan prezidenti İslam Kərimovu Milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib.

Təbrik məktubunda prezident Azərbaycan və Özbəkistan arasında mehriban dostluq və əməkdaşlıq ənənələrinin möhkəmləndirilməsi və dövlətlərarası münasibətlərin hərtərəfli inkişafının bundan sonra da hər iki xalqın mənafeyinə xidmət edəcəyinə, regionda sabitliyə və tərəqqiyə kömək edəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti