...

Rusiya tərəfi Cənubi Osetiyada beynəlxalq müşahidəçilərin artırılmasına hazırdır – RF XİN

Siyasət Materials 1 Sentyabr 2008 17:12 (UTC +04:00)
Rusiya tərəfi Cənubi Osetiyada beynəlxalq müşahidəçilərin artırılmasına hazırdır – RF XİN

Azərbaycan, Bakı, 01 sentyabr/ Trend , müxbir V. Javoronkova/ Rusiya tərəfi təhlükəsizlik zonasındakı beynəlxalq müşahidəçilərin sayının artırılmasına hazırdır, - RF XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko bazar ertəsi Moskvada brifinqdə bildirib,- "Vesti" telekanalı xəbər verir.

"RF ATƏT müşahidəçiləri ilə əməkdaşlığa hazırdır, Cənubi Osetiyada beynəlxalq polisin iştirakını təşkil etmək məqsədəuyğundur", - Nesterenko bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfinin gələcəkdə Abxaziya və Osetiya ərazisindən kənarda sülhməramlı qüvvələr saxlamaq məqsədi yoxdur. "Bütün bunlar təhlükəsizlik zonasında beynəlxalq iştirak zamanı ardıcıl irəliləməyə imkan verəcək", - o bildirib.

Nesterenkonun sözlərinə görə, heç bir şübhə yoxdur ki, Medvedyev-Sarkozi planının birinci prinsipinin icrası Tbilisidən və onu dəstəkləyən hər bir kəsdən asılıdır.

Xəbər lenti

Xəbər lenti