...

Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz dövlətlərinin əməkdaşlığında başlıca problemdir – ATƏT PA - nın xüsusi nümayəndəsi (video)

Siyasət Materials 1 Sentyabr 2008 20:09 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz dövlətlərinin əməkdaşlığında başlıca problemdir – ATƏT PA - nın xüsusi nümayəndəsi (video)

Azərbaycan, Bakı, 01 sentyabr/ Trend , müxbir İ.Əlizadə/ ATƏT PA-nın Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Ermənistan-Azərbaycan münaqişəsini Cənubi Qafqaz ölkələrinin daha sıx əməkdaşlığına başlıca maneə kimi görür. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Cənubi Qafqaz dövlətlərinin daha sıx əməkdaşlığının başlanğıcı ola bilər", - ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lennmarker bazar ertəsi Bakıda jurnalistlərə bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ -ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

"Münaqişə üç dövlətin əməkdaşlıq yolunda yeganə maneədir və hesab edirəm ki, onun həlli üçün cəhdlər və səylər göstərmək lazımdır", - Lennmarker bildirib. ATƏT PA-nın xüsusi nümayəndəsinin rəyinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və regionda sabitliyin qurulması baxımından vacibdir.

ATƏT PA - nın xüsusi nümayəndəsi Bakıya hazırki səfərində Azərbaycan tərəfi ilə Gürcüstandakı vəziyyəti müzakirə edib. Onun sözlərinə görə, "ATƏT üçün regionun Azərbaycan kimi aparıcı dövlətinin mövqeyi vacibdir".

Bakıda Lennmarker prezident, parlamentin spikeri, xarici işlər naziri ilə görüşlər keçirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti