Əfqanıstan, Kabil, 03 sentyabr / Trend , A.Həkimi / Qəndəhar vilayətinin Sepinböldək şəhərində keçirilən toy mərasimi bədbəxt hadisə ilə nəticələnib. Baş vermiş mina partlayışı nəticəsində iki nəfər - bəy və gəlin ölüb, bir nəfər isə yaralanıb.
Trend -un Kabildəki müxbirinin məlumatına əsasən, dördüncü sərhəd briqadasının komandiri general Əbdürrəzzaq bildirib ki, Qəndəhar vilayətində minalanmış ərazilərdə baş verən partlayışlar nəticəsində indiyədək 13 nəfər həlak olub. O bildirib ki, son bir neçə gündə Bəlx vilayətində atışma zamanı yerli ağsaqqallardan iki nəfər həlak olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]