...

Əfqanıstanda həlak olmuş ABŞ hərbçilərinin sayı 500 nəfərə çatıb

Siyasət Materials 3 Sentyabr 2008 16:06 (UTC +04:00)
Əfqanıstanda həlak olmuş ABŞ hərbçilərinin sayı 500 nəfərə çatıb

Əfqanıstan, Kabil, 03 sentyabr / Trend , A.Həkimi / Amerika hərbi qüvvələrinin Əfqanıstana 2001-ci ildən başlayan hücumundan bu günədək 500 ABŞ hərbçisi həlak olub. Bu barədə ABŞ-ın CNN kanalı məlumat verib.

Məlumata əsasən, bu ilin iyun-avqust ayları ərzində ABŞ hərbçilərinin Əfqanıstanda ölüm faktlarında artım hiss olunur. Belə ki, iyun ayında 28, iyulda isə 22 ABŞ hərbçisi həlak olub. Əfqanıstanda fəaliyyət göstərən koalisiya qüvvələrindən isə indiyədək 940 nəfər həlak olub. Onlardan 100 nəfər Britaniya əsgəridir.

ABŞ hərbçilərinin Əfqanıstana hücumundan sonra Taliban qiyamçılarının qurduğu hökumətin dağılmasına baxmayaraq, onlar hələ də bəzi regionlara nəzarəti əllərində saxlayırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti